İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Patrulaz.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km, maqnitudası 3 olub.
Zəlzələ hiss olunmayıb.