media-img_5823

İspaniya Ərəb Liqasının martın 4-də Qahirədə keçirilən sammitində təqdim etdiyi Qəzza planını dəstəklədiyini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyi tərəfindən edilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb: “İspaniya Qəzzada vəziyyəti sabitləşdirmək, regionda sülh və sabitliyi təmin etmək üçün yeganə mümkün yol olan iki dövlətli həllin həyata keçirilməsinə doğru addım kimi Qəzzanın erkən bərpası, yenidən qurulması və inkişafı üçün təklif olunan planı dəstəkləyir”.

Bəyanatda İspaniya hökuməti olaraq “Ərəb Liqasının bölgədə sülh və sabitlik istiqamətində səylərini dəstəklədikləri” vurğulanıb və Ərəb Liqasının təqdim etdiyi plana uyğun olaraq “Fələstin Dövlətinin Fələstinlilərin öz torpaqlarında sülh içində yaşaya biləcəkləri bir gələcək üçün Qəzzanın yenidən qurulmasında oynadığı rola verilən dəstəyin alqışlandığı” qeyd olunub.


Bənzər xəbərlər