media-inshot_20250812_110937045

İsrail İran və Hizbullahın gözlənilməz hücumlarına qarşı kütləvi hərbi təlim keçirib.

Patrulaz.az “Maariv”ə istinadla xəbər verir ki, Mossad və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) “Sübh əməliyyatı” adlı genişmiqyaslı hərbi manevr həyata keçirib.

İsrail Ordusunun Baş Qərargah rəisi təlimlə bağlı bu ifadələri işlədib:

“Təlimlər İran və Hizbullahın mümkün sürpriz hücumlarına qarşı hazırlıq səviyyəmizi yoxlamaq və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün vacib addımdır”.

Qeyd edək ki, İsrail hərbi dairələri bildirib ki, ölkəsi İranın nüvə proqramını bərpa etmək və ballistik raket istehsalına qayıtmaq cəhdlərini yaxından izləyir, həmçinin ölkədə və xaricdə mümkün hücumlardan ciddi narahatdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər