İsrail İrlandiya Prezidentinin bacısının olduğu donanmanı ələ keçirdi - FOTOLAR
İsrail ordusu İrlandiya prezidentinin bacısının olduğu donanmanı ələ keçirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Krit sahillərində Qlobal Donanmanın ələ keçirilməsi zamanı baş verib.
İrlandiya prezidenti Ketrin Konnollinin bacısı Marqaret Konnolli də donanmanın göyərtəsində olub.
Gəmi aprelin 26-dan Siciliyadan Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola düşüb.
Donanmanın göyərtəsində olan Marqaret Konnolli videomüraciətində İrlandiya hökumətinə səslənib. Xilasedici jilet geyinmiş Konnolli ABŞ ordusu tərəfindən Şennon hava limanının istifadəsinə son qoyulmasını tələb edib:
“Xahiş edirəm, Şennon Hava Limanının artıq ABŞ ordusu tərəfindən istifadə edilmədiyinə əmin olun. Hava limanımızdan Qəzzanı və Fələstini bombalamaq üçün istifadə etməyi dayandırın”.
Konnolli həmçinin Qəzzaya dəstək mesajı göndərərək səhv bir iş görmədiklərini bildirib:
“Əgər bu gecə hücuma məruz qalıb qaçırılsaq, özümüzün və fələstinli girovların azad edilməsini tələb edirik. Biz sülhsevər bir missiyayıq, heç bir səhv etməmişik”.
Xatırladaq ki, İsrailin Qəzzaya humanitar yardımın qarşısını alması ilə bağlı ilk belə hadisə 2025-ci ilin sentyabr ayında baş verib. Həmin vaxt Qlobal Donanmanın qarşısı Aralıq dənizinin beynəlxalq sularında kəsilib, könüllülər qayıqlarla saxlanılaraq İsrailə aparılıb.
Gülbəniz Səfərova






