İsrail konsulluğuna silahlı hücum: təfərrüatlar və kimliklər bəlli oldu - VİDEO
Türkiyədə İsrail konsulluğuna silahlı hücum edilib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında İstanbulun Levent bölgəsində, İsrail konsulluğunun yerləşdiyi binanın qarşısında baş verib.
Polis və hücumçular arasında baş verən qarşıdurma nəticəsində üç şübhəli zərərsizləşdirilib. Onlardan biri ölüb, digər ikisi isə yaralanıb. İki polis əməkdaşı da yaralanıb.
Türkiyənin naziri Çiftçi hadisədən sonra hücumçuların kimliyinin müəyyən edildiyini bildirib:
“İzmitdən icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə İstanbula gələn şəxslərdən birinin dindən sui-istifadə edən bir təşkilatla əlaqəsi olduğu, qardaş olan iki hücumçudan birinin isə narkotiklə bağlı qeydlərinin olduğu müəyyən edilib”.
Qeyd edək ki, konsulluğun təxminən 2 ildir fəaliyyət göstərmədiyi bildirilir.
Hadisədən sonra Böyükdərə prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gülbəniz Səfərova






