media-inshot_20250718_164133062

İsrailin hücumları Qəzzada on minlərlə insanın ölümünə və milyardlarla. dollarlıq dağıntıya səbəb olub

Patrulaz.az xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar nəticəsində bölgəyə 125 min ton partlayıcı atılıb.

Hücumlar nəticəsində on minlərlə fələstinli həlak olub, Qəzza zolağının 88 %-i isə tamamilə dağılıb.

Statistikaya görə, bölgədə 62 milyard dollardan çox maddi ziyan qeydə alınıb. Müharibənin fəsadları təkcə fiziki dağıntılarla məhdudlaşmır, eyni zamanda bölgədə dərin humanitar böhranı daha da dərinləşdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər