İsrailin Qətərin paytaxtına zərbələrində HƏMAS lideri həlak oldu - VİDEO
Qətərin paytaxtı Dohada partlayışlar baş verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumların İsrail tərəfindən HƏMAS liderlərini hədəfləmək məqsədilə həyata keçirildiyi bildirilib.
Məlumata görə, hücumlar nəticəsində HƏMAS Siyasi Bürosunun sədr müavini Xəlil əl-Hayyan həlak olub.
Qəzza xəbər agentliyi “Şehab” əlavə edib ki, öldürülənlər həmçinin HƏMAS-ın ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin üzvləri olub.
Dohada yayılan görüntülərdə zərbələrin İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən endirildiyi görünür.
İsrail tərəfi isə partlayışlardan qısa müddət sonra rəsmi olaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.
İsrailin MOSSAD təşkilatı hadisə ilə bağlı bəyanat yayaraq, hücumu təsdiqlədiklərini və HƏMAS liderlərinin öldürülməsinin davam etdiriləcəyini bildirib:
“HƏMAS terror təşkilatının rəhbərliyinə qarşı hədəfli zərbə endirilib. Zərərsizləşdirilən şəxslər 7 oktyabr qətliamına və İsrailə qarşı müharibəyə birbaşa cavabdeh idilər. Hücum zamanı mülki itkilərin minimuma endirilməsi üçün yüksək dəqiqlikli silah və əlavə kəşfiyyat məlumatlarından istifadə olunub. MOSSAD və ŞABAK HƏMAS liderlərinin məhv edilməsini davam etdirəcək”.
Gülbəniz Səfərova






