media-inshot_20250821_130839031

İsrail Qəzza şəhərinə qurudan hücumlara başlayıb.

Patrulaz.az “The Times of İsrael”ə istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin briqada generalı Effie Defrin bu barədə açıqlama verib.

O ordunun qüvvələri artıq şəhərin kənarlarına nəzarət etdiyini və hücumun ilk mərhələsinin başlandığını bildirib.

“Biz ilkin əməliyyatlara başlamışıq və qüvvələrimiz artıq şəhərin kənarlarına nəzarət edir. Bu mərhələdə məqsədimiz şəhərin təhlükəsizliyini və nəzarətimizi gücləndirməkdir”, -deyə İsrail rəsmisi bildirib.

Məlumata görə, əməliyyatın məqsədi kimi Qəzza şəhərində strateji üstünlüyün əldə olunması vurğulanıb.

Qeyd edək ki, bu hücum nəticəsində səhər saatlarından etibarən 6 fələstinli həlak olub.


Bənzər xəbərlər