İsrail Qəzzanın ələ keçirilməsi planını təsdiqlədi
İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.
Patrulaz.az İsrail KİV-nə istinadən xəbər verir ki, əməliyyat “Gideonun arabaları 2” adlandırılıb.
“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, – Katz açıqlamasında bildirib.
Dövlət televiziya və radio şirkəti Kanın məlumatına görə, yaxın vaxtlarda İsrail Müdafiə Qüvvələrinin ehtiyat hissələrinin əlavə səfərbər olunacağı gözlənilir.






