İsrail rəsmisi: "İranla yeni müharibə başlaya bilər"
İsrail hərbi kəşfiyyatının keçmiş İran bölməsi rəhbəri Dennis Sitrinoviç ölkələr arasında yeni müharibənin yüksək intensivliklə başlaya biləcəyini açıqlayıb.
Patrulaz.az “Iran International”ın “Israel-Hume” qəzetinə istinadla xəbər verilir ki, Sitrinoviç İranın hazırkı vəziyyətini “yeni hərbi qarşıdurma doğura biləcək strateji dilemma” kimi dəyərləndirib.
“Biz çox yüksək intensivliklə dərhal başlaya biləcək bir müharibədən danışırıq. Növbəti qarşıdurma əvvəlki münaqişələrin bitdiyi yüksək gərginlik nöqtəsindən başlayacaq və bu onu daha təhlükəli edir”, – deyə o bildirib.
Qeyd edək ki, keçmiş kəşfiyyat rəsmisi İranın mövcud durumunu formalaşdıran əsas səbəblər kimi İsraillə son müharibənin nəticələrini, bölgədəki proksi qüvvələrinin səmərəsiz fəaliyyətini, ölkə daxilində dərinləşən su böhranı və sosial gərginliyi, eləcə də “Snapback” mexanizminin işə salınma ehtimalını göstərib.
Gülbəniz Səfərova






