media-inshot_20250827_083123379

İsraildə vətəndaşlar Baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı kütləvi etiraz aksiyalarına başlayıblar.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada əsirlərin ailələri hökumətdən atəşkəsə razılıq verməyi və məhbus mübadiləsi sazişini imzalamağı tələb ediblər.

Yayılan görüntülərdə etirazçıların yolları bağladığı və od qaladıqları əks olunub.

Aksiyalarda səhiyyə işçiləri, vəkillər kollegiyalarının nümayəndələri, yüksək texnologiya sahəsinin əməkdaşları, universitet müəllimləri və bəzi holdinqlərin işçiləri iştirak ediblər.

Kütləvi etirazlara müxalifət partiyalarının deputatları və siyasi liderlər də qoşulub. Müxalifətdə olan Milli Birlik Partiyasının sədri Benni Qantz ölkənin cənubunda magistral yolda keçirilən aksiyaya qatılıb. İşçi Partiyasının deputatı Gilad Kariv də etirazçılar arasında olub.

Təl-Əvivdə “Girovlar Meydanı”nda etirazçılarla görüşən Kariv bildirib ki, əvvəlki atəşkəs və əsir mübadiləsi razılaşmaları ictimai təzyiq nəticəsində əldə olunub. Onun sözlərinə görə, milyonlarla israilli küçələrə çıxmasa, hökumət müharibəni dayandırmayacaq və məhbus mübadiləsinə razılıq verməyəcək.

Ailələr adından çıxış edən əsilərdən birinin anası isə Netanyahunun ictimai təzyiqdən qorxduğunu deyib:

“Bizim gözəl millətimiz var, amma hökumətimiz yoxdur”.

Etirazçılar həmçinin İsrail nazirlərinin evlərinin qarşısında yürüşlər təşkil ediblər.

media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_170_m
Milli Birlik Partiyasının lideri Benni Qantz

media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_1225_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_3038_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_803_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_6436_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_8376_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_1949_m media-netanyahu-israillilerin-sabrini-tasirdi-18984459_7098_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər