media-inshot_20250908_132231654

İsrailin Qüds şəhərində terror aktı törədilib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə hərəkətdə olan avtobusda baş verib.

Məlumata görə, silahlı şəxslər şəhər boyu hərəkət edən Line 62 marşrut xətti üzrə avtobusa minərək sərnişinlərə atəş açıblar. Nəticədə 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Hücumçular avtobusda olan hərbçi və dayanacaqda gözləyən silahlı vətəndaşların müdaxiləsi ilə zərərsizləşdiriliblər.

Hadisə zamanı çəkilən kadrlarda səhər saatlarında avtobus dayanacağı yaxınlığında başlayan atışmadan sərnişinlərin təşviş içində qaçdıqları əks olunub.

Qeyd edək ki, bu, son bir ildə İsraildə baş verən ən ağır silahlı hücumlardan biri kimi qiymətləndirilir.

Hadisə anının görüntülərini təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər