media-inshot_20250804_215856671

İsraildə minlərlə insan növbəti dəfə küçələrə çıxaraq Baş nazirlik binasının qarşısında etiraz aksiyası keçirib.

Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, etirazçılar Qəzzada müharibənin dayandırılmasını, hərtərəfli razılaşma əsasında bütün israilli məhbusların azad olunmasını və Baş prokuror Qali Baharav-Miaranın vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünün ləğvini tələb ediblər.

Nümayişçilər əllərində israilli məhbusların fotoşəkilləri və Qəzzada hərbi əməliyyatların dayandırılmasını tələb edən plakatlarla çıxış ediblər.

Qeyd edək ki, Netanyahu hökuməti aylardır baş prokurorun vəzifədən kənarlaşdırılmasına çalışır. Hökumətlə Baharav-Miara arasında, xüsusilə bəzi siyasətlərin qanuniliyi ilə bağlı gərginliklər yaşanır.

Qeyd edək ki, son günlər yayılan və arıqlamış israilli əsirləri əks etdirən görüntülər İsrail cəmiyyətində narahatlıq yaradıb və bu, hərtərəfli atəşkəs və məhbus mübadiləsi üçün ictimai təzyiqi daha da artırıb.


Bənzər xəbərlər