Türkiyənin Xarici İşlər Nazirliyi Livandan İsrailə qanunsuz keçməyə cəhd edərkən əlaqəsi kəsilən 3 Türkiyə vətəndaşının taleyi ilə bağlı aidiyyatı orqanlarla təmasların davam etdirildiyini bildirib.

“Patrulaz” xarici mətbuata istinadən xəbər verir ki, qurumun “X” sosial media hesabında qeyri-qanuni yollarla Livandan İsrailə keçmək istəyərkən əlaqəsi kəsilən 3 Türkiyə vətəndaşının vəziyyəti ilə bağlı paylaşım edilib.

Paylaşımda Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən əlaqəsi kəsilən 3 Türkiyə vətəndaşının taleyi ilə bağlı aidiyyatı orqanlarla əlaqə saxlamağa davam edildiyi qeyd olunub.


Bənzər xəbərlər