media-inshot_20250909_210254838

İsrailin Qətərin paytaxtı Dohaya həyata keçirdiyi hava hücumundan sonra ölkənin bəzi KİV-ləri və israilli jurnalistlər Türkiyə ilə bağlı diqqətçəkən paylaşımlar ediblər.

Patrulaz.az xəbər verir ki, İsrailin terrorunu dəstəkləyən media orqanları “Təşəkkürlər, İsrail Müdafiə Qüvvələri. Növbəti…” başlıqlı şəkillər paylaşaraq Türkiyənin İstanbul şəhərini hədəf kimi göstəriblər. İsrailli analitik David Lisovtsev isə sosial şəbəkə hesabında “Növbəti hədəf: Türkiyə” sözlərini yazıb.

Qeyd edək ki, hücum zamanı HƏMAS-ın Qəzzadakı liderlərindən biri olan Xəlil əl-Həyya və həyat yoldaşı sağ qalıb. Lakin onların oğlu həlak olub.

Hadisədən sonra İran, Fələstin və Səudiyyə Ərəbistanı İsrailin Qətərə endirdiyi zərbələri kəskin şəkildə pisləyiblər. Rəsmi Doha isə İsrail və HƏMAS arasında vasitəçilik rolundan imtina etdiyini açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu isə hücumu təsdiqləyərək bunları deyib:

“Bu gün HƏMAS-ın yüksək səviyyəli liderlərinə qarşı endirilən zərbə tam müstəqil İsrail əməliyyatı idi”.

HƏMAS isə yayımladığı açıqlamada mübarizəni dayandırmayacaqlarını vurğulayıb:

“Biz ağ bayraq qaldırmayacağıq, təslim olmayacağıq və sona qədər mübarizə aparacağıq”.

Xatırladaq ki, son üç ay ərzində Qətər həm İran, həm də İsrail tərəfindən hücumlara məruz qalıb.

media-img_20250909_201413_471 media-img_20250909_202530_295


Bənzər xəbərlər