media-inshot_20250908_164727396

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı pik həddə çatıb.

Patrulaz.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına həyata keçirdiyi intensiv hücumlar nəticəsində ölənlərin sayının 64 522-yə, yaralıların isə 163 096-ya yüksəldiyini açıqlayıb.

Son 24 saat ərzində xəstəxanalara 67 cəsəd və 320 yaralı gətirilib. Cəsədlərdən ikisi əvvəlki hücumlarda dağıntılar altında qalan mülki şəxslərə məxsusdur.

Martın 18-dən bəri İsrailin birtərəfli atəşkəsi pozması nəticəsində 11 976 fələstinli həyatını itirib, 51 055 nəfər isə yaralanıb.

Yardım paylanan ərazilərdə isə ölənlərin sayı 2 416-ya çatıb.

media-israilin-yogun-saldirilari-altinda-olan-gazzede-can-kaybi-64-bin-522ye-yukseldi-tjzp media-1200x675_cmsv2_375d7602-c223-5e55-8e4c-8096701a18d9-8916738 media-thumbs_b_c_c9fc5fd559933aa8741cc7b105e1d855 media-thumbs_b_c_a7e99ddd5b6c4b0bc326deb93de2a79f media-279344 media-thumbs_b_c_5a42c14951ccbab92c043d5deec2444e media-thumbs_b_c_31dde849c4711f3ca20d403b9c9dcb7a media-thumbs_b_c_d1f28677e25149fb8867c30b3b424583 media-thumbs_b_c_594a3a2ce2c99752af55f13d264a237d media-2371089

Gülbəniz Səfərova


Bənzər xəbərlər