İsrailin Qəzzaya zərbələri nəticəsidə 13 fələstinli həlak oldu
İsrail ordusu Qəzzada apardığı əməliyyatları davam etdirir.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində 13 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.
Yerli mənbələr hücumların intensiv xarakter aldığını və mülki əhalinin də zərər gördüyünü bildirirlər. Yaralıların bir qisminin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Qəzza zolağında humanitar vəziyyət getdikcə pisləşir.
Gülbəniz Səfərova






