media-inshot_20250811_081527706

İsrail Qəzzada “Əl-Cəzirə”nin jurnalist əməkdaşlarını hədəfə alıb.

Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərindəki Əl-Şifa xəstəxanası yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində “Əl-Cəzirə” telekanalının beş əməkdaşı həlak olub.

Həyatını itirənlər arasında müxbirlər Ənəs əl-Şərif və Məhəmməd Qreiqeh, operatorlar İbrahim Zaher, Məhəmməd Noufəl və Moamen Aliva var. Onlar hadisə vaxtı xəstəxananın əsas qapısında jurnalistlər üçün qurulan çadırda olublar.

“Əl-Cəzirə”nin direktoru Mohamed Moawad hadisə ilə bağlı bildirib ki, ölən jurnalistlər cəbhə xəttindən uzaqda olublar.

“Fakt budur ki, İsrail hökuməti Qəzza daxilindən istənilən reportaj kanalının işıqlandırılmasını susdurmaq istəyir”,- deyə direktor bildirib.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzzaya hücumları nəticəsində 186 jurnalist həyatını itirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər