İsrailin son hava zərbələrində yaralanan SEPAH polkovniki bu gün öldü
İsrailin İrana qarşı həyata keçirdiyi son hava zərbələri nəticəsində ağır yaralanan SEPAH polkovniki Cavad Narənci müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, SEPAH Quru Qoşunlarının Üçüncü Həmzə Seyid əş-Şühəda diviziyasının komandiri olan polkovnik Narənci Qərbi Azərbaycan əyalətində yerləşən hərbi mövqelərə endirilən hücum zamanı ağır yaralanıb. O, 29 gündən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, mərhun palkovnik İsrailin hücumları zamanı ön cəbhədə olan əsas hərbi rəhbərlərdən biri olub.
Gülbəniz Səfərova






