İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
İstanbulun Esenyurt bölgəsində yaşayan 58 yaşlı azərbaycanlı Olqa Aydın evində ölü vəziyyətdə aşkar edilib.
Patrulaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş versə də, meyit qonşuların pis qoxunu hiss edərək polisə xəbər verməsindən sonra tapılıb.
Məlumata görə, O.Aydın əvvəllər xəstə baxıcısı kimi çalışıb və spirtli içkilərə meylli olub.
Hadisə ilə bağlı araşdırma aparılır.






