İstanbulda Yeni il üçün hücum planlaşdıran İŞİD şübhəliləri saxlanıldı - VİDEO
Türkiyənin İstanbul şəhərində İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslərə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Patrul.az “Sondakika.com”a istinadən xəbər verir ki, 124 fərqli ünvanda eyni vaxtda aparılan əməliyyatlar nəticəsində 115 şübhəli saxlanılıb.
Əməliyyatın məqsədi Yeni il bayramları ərəfəsində İŞİD üzvləri tərəfindən hücumların planlaşdırılması və zorakı hərəkətlərə çağırışlarla bağlı yayılan iddiaların araşdırılması olub.
Əməliyyat zamanı çoxsaylı tapança, sursat və təşkilata aid sənədlər müsadirə edilib.
Prokurorluqdan bildirilib ki, Yeni il tədbirləri çərçivəsində Türkiyəni hədəf alan, əsasən qeyri-müsəlmanlara qarşı zorakı hərəkətlərə çağırışlar edən, hücumlar planlaşdıran və münaqişə zonaları ilə əlaqədə olduğu müəyyən edilən ümumilikdə 137 şübhəli müəyyən edilib.
Qeyd edək ki, saxlanılan şəxslərdən bəziləri barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Gülbəniz Səfərova






