media-1768462731938-son-haber-muhabir-psd-7

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Patrul.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyat zamanı aralarında tanınmış voleybolçu Derya Çayırqanın da olduğu 13 şübhəli şəxs nəzarətə alınıb.

Məlumata görə, istintaq narkotik maddələrin dövriyyəsi və ticarəti ilə bağlı aparılır.

Xatırladaq ki, bundan əvvəl eyni istintaq çərçivəsində saxlanılan iş adamı, televiziya prodüseri Acun Ilıcalının keçmiş həyat yoldaşı, sosial media fenomeni Şeyma Subaşı, müğənni Selen Görgüzel və Emel Müftüoğlu, o cümlədən aktyor Oktay Kaynarca barəsində ölkədən çıxış qadağası tətbiq edilib.

Müğənni Ali Sert və Rabia Karataş həbs olunub, oriyental rəqqas Neda Şahin və Selen Çetinkaya isə məhkəmə nəzarəti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, “Qalatasaray” klubunun keçmiş futbolçusu Ümit Karan da dünən hava limanında saxlanılıb. Onunla bağlı istintaq tədbirləri davam etdirilir.


Bənzər xəbərlər