media-retouch_2025080612274560

Son dövrlərdə ölkəmizdə havanın temperaturu kəskin istiləşib. İstilik özü ilə də açıq sahələrdə yanğınların yaranmasına səbəb olur.

Bəs quraqlıqlar, meşə yanğınları, dünyada hökm sürən iqlim dəyişkənliyi Azərbaycan təbiətində hansı dəyişikliklərə səbəb olur?

Bu barədə Patrulaz.az-a ekoloq Rövşən Abbasov öz fikirlərini bölüşüb.  Ekoloqun sözlərinə görə, son dövrlərdə intensivləşən yanğınlar təbiətimizin biomüxtəlifliyinə də ciddi zərbə vurur:

“Havaların getdikcə istiləşməsi, yəni artan quraqlıqlar həm ölkəmizin təbiətinə, həm də təsərrüafatına təsir edir. Azərbaycanın təbiətinə ilkin təsir ondan ibarətdir ki, uzun müddət havaların quraq keçməsi meşəlik olan ərazilərdə yanğın risqini kəskin artırır və nəticədə biomüxtəlifliyə ciddi zərbə dəyir. Çünki belə ərazilərdə bir şey yanarkən, bütün ekosistemlərin məhv olması müşahidə olunur. Yaxın vaxtlarda Ağdərə rayonunda kütləvi yanğınlar baş verdi və bu yanğınlar hələ də davam edir. Əlbəttə, biz nəzərə almalıyıq ki, Ağdərə kifayət qədər meşələrlə zəngin bir rayondur. Həmin ərazilərdə biomüxtəliflik çox yüksəkdir. Burada müxtəlif növ heyvanlar yaşayır. Bu meşələrdə baş vermiş yanğınlar ümumlikdə, Azərbarbaycan təbiətinə ciddi təsirlər göstərir.

Quraqlıq digər tərəfdən, müəyyən növ qiymətli bitkilərin sıradan çıxmasına səbəb olur. Misal olaraq, şabalıd ağacları quruyur. Bütün bunlar istiləşən iqlimin təzahürüdür”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər