İstirahət mərkəzində fəhləni elektrik cərəyanı vuraraq öldürdü
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır