İyul ayında Rusiya Ukraynaya rekord sayda zərbə endirib - STATİSTİKA
Rusiya kecən ay Ukraynaya rekord sayda dron hücumu həyata keçirib.
Patrulaz.az OSINT analitiki Kayl Qlenin məlumatına görə, Rusiya iyul ayında Ukraynaya 6 min 297 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, 2023-cü ilin yanvar-oktyabr ayları arasında istifadə edilən dronların ümumi sayına bərabərdir.
Məlumata görə, hücumlarda istifadə olunan PUA-ların böyük əksəriyyəti İran istehsalı olan “Shahed” dronlarıdır. Rusiya bu dronları “Geran” adı ilə öz ordusunda istifadə edir.
Qeyd edək ki, bu zərbələr Ukraynaya qarşı son zamanların ən kütləvi dron əməliyyatıdır.
Gülbəniz Səfərova






