media-7c058541-1c81-4723-94b5-da439a187045

Kanadalı pop ulduzu Justin Bieber ictimaiyyət qarşısında utancverici anlar yaşayıb.

Patrulaz.az “Daily Mail”ə istinadla xəbər verir ki, Hollivudda olarkən 31 yaşlı sənətçi kəmər taxmadığı üçün enli və boş şalvarı sürüşməyə başlayıb. Bieber isə bu zaman şalvarın yerə düşməsinin qarşısını almaq üçün paçasından yapışaraq onu tutmağa çalışıb. Bu anların görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, bir zamanlar uğurlu musiqi karyerası ilə tanınan Castin Bieber son illər daha çox narkotik istifadəsi iddiaları və qalmaqallı davranışları ilə gündəmə gəlir. Hətta həmin gün o, avtomobilini düzgün park etmədiyinə görə yol polisi tərəfindən də cərimələnib.

Gülbəniz Səfərova

media-bb423c57-aa3b-4611-8a6a-b4491630cff5 media-8659a9da-e10b-4886-b9b0-f659931921f0


Bənzər xəbərlər