Kamçatkada 8,7 bal gücündə zəlzələ Yaponiya sahillərində balinaları üzə çıxardı - VİDEO
Rusiyanın şərqində yerləşən Kamçatka adasında 8,7 bal gücündə baş verən zəlzələ Yaponiya sahillərinə də təsir edib.
Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, Rusiyadakı zəlzələ nəticəsində 4 balina Yaponiyada Çiba prefekturasının Tateyama şəhərindəki Heisaura çimərliyində kənara çıxıb.
Qeyd edək ki, iyulun 30-da Kamçatkada baş verən zəlzələ 1952-ci ildən sonra ən güclü təbii fəlakət kimi qəbul edilib.
Zəlzələ nəticəsində Yaponiya, Havay, Çili , Ekvador , Peru , Meksika və Çində də sunami təhlükəsi elan edilib.
Gülbəniz Səfərova






