Kanadada müsəlman olmadığına görə bıçaqlanan sərnişinin görüntüləri ortaya çıxıb - VİDEO
Kanadada müsəlman olmadığına görə bıçaqlanan şəxin görüntüləri ortaya çıxıb.
Patrulaz.az “Baza” teleqram kanalında yayılan görüntülərə əsasən xəbər verir ki, İŞİD üzvü hərəkətdə olan avtobusda ayaqüstə dayanan saqqalı sərnişinə qəfil bıçaqla hücum edərək, boğazına xəsarətlər yetirib.
Məlumata görə, hücuma səbəb İŞİD üzvünün müsəlman olub-olmadığına dair sualına sərnişinin mənfi cavab verməsi olub.
Hadisə 2023-cü ilin aprel ayında baş versə də, dəhşətli görüntülər bu yaxınlarda ortaya çıxıb.
Yenicə yayılmış kadrlarda sərnişin boğazından xəsarət almasına baxmayaraq, cəsarəti və sayıqlığı nəticəsində özünü müdafiə edir və hücumçunu avtobusdan endirməyi bacarırır.
Qeyd edək ki, sərnişin boğazından yaralansa da, həyatını xilas etmək mümkün olub.
Gülbəniz Səfərova






