Kanat yolunun kabeli qopdu, stullardakı insanlar yerə çırpıldı - VİDEO
Rusiyanın Nalçik şəhərində turistlərin mindiyi kanat yolu faciəvi qəza ilə nəticələnib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, sərnişinləri daşıyan stulların bir anda yerə çırpılması nəticəsində 14 nəfər xəsarət alıb.
Qəza kabel sisteminin qalxış zamanı tab gətirə bilməyib qopması ilə baş verib. Nəticədə stullarda əyləşmiş turistlər təxminən 7 metr hündürlükdən yerə düşüblər.
Hadisə anı ətrafdakı insanlar tərəfindən videoya çəkilib.
Möcüzə nəticəsində xəsarət alanlar olsa da, ölənlərin olmadığı bildirilib. Yaralıların bir neçəsinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hələ 1968-ci ildə istifadəyə verilmiş bu kanat yolu illərdir paslanmış və istismara yararsız vəziyyətdə olması ilə bağlı tənqid olunurdu. Turistlər dəfələrlə təhlükə barədə xəbərdarlıq etsələr də, tədbir görülməyib.
Rəsmilər hadisə ilə bağlı araşdırmalara başlayıb.






