Keçmiş sevgilisinin çılpaq fotolarını yayan gəncə üzümaskalılar belə üzr istətdilər - VİDEO
Rusiyanın Murmansk vilayətində üzümaskalı bir qrup şəxs gənc oğlanı döyərək başına ağır zərbələr endirib.
Patrulaz.az “Bash.Tube”da yayılan görüntülərə əsasən xəbər verir ki, hadisəyə səbəb həmin gəncin keçmiş sevgilisinin çılpaq fotolarını internetdə yayması olub.
Görüntülərdə maskalı şəxslərin köynəksiz oğlanı döydüyü, başına yumruq və təpiklərlə zərbələr endirdiyi və onu silahla hədələdiyi əks olunub.
Hadisə nəticəsində gənc kamera qarşısında üzr istəməyə məcbur edilib.
Qeyd edək ki, maskalı şəxslərin kim olduqları məlum deyil.






