media-img-20251020-wa0079

Son zamanlar sosial şəbəkələrdə spiner, “kəpənək”, “gerber akula” adlı bıçaqlar, eləcə də “knopka dubinka” və beşbarmaq kimi soyuq silahların açıq satışına rast gəlinir. Maraqlıdır, bu cür silahların alqı-satqısını həyata keçirənləri və ya üzərində gəzdirənləri hansı məsuliyyət gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Patrulaz.az-a açıqlamasında bildirib ki, soyuq silahın qanuni tərifi onun təyinatı və materialına görə müəyyən olunur, istifadəsi isə cinayət məsuliyyəti yaradır:

“Soyuq silahın saxlanılması və istifadəsi Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən 1 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bəzən soyuq silahın bıçaq hissəsinin uzunluğunu 4 sm-dən artıq olduqda, bu alətin avtomatik olaraq soyuq silah hesab olunacağı deyilir. Əslində bu tamamilə yanlışdır. Soyuq silah anlayışı onun təyinatına və materialına görə müəyyən olunur: istehsalatda və məişətdə istifadə edilə bilməyən, ancaq fiziki qüvvə ilə xəsarət yetirməyə hesablanmış silahlar soyuq silah sayılır. Bunlara ov silahları, süngülər, xəncərlər, qılınclar, baltalar, nizələr misal göstərilə bilər”.

media-screenshot_20251020_184359_instagram

Ş.Paşayev mətbəx alətlərinin soyuq silah hesab olunmadığını vurğulayıb:

“Soyuq silahla mühakimə aparılarkən ekspert rəyi olmalıdır. Ekspert həmin silahın soyuq silah olub-olmadığını müəyyən etməlidir. Mətbəxdə istifadə olunan silah isə soyuq silah hesab olunmur. Soyuq silahla bağlı cəza isə 1 ilə qədər azadlıqdan məhrum etmədir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər