media-img_5187

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome” bazarında yerləşən “Keşlə” bazarında yoxlama keçirib.

Patrulaz.az xəbər verir ki, baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb.

Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

media-img_5186 media-img_5187 media-img_5188 media-img_5189 media-img_5190 media-img_5191 media-img_5192 media-img_5193

 


Bənzər xəbərlər