media-inshot_20251230_094504257

“Rusiya ordusu artıq “böyümür”.

Patrul.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına verdiyi müsahibədə Rusiyanın Ukraynaya qarşı müharibədə verdiyi itkilərdən danışarkən səsləndirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri müəyyən istiqamətlərdə kilometrlərlə irəliləsələr də, bu, ciddi canlı qüvvə itkisi bahasına başa gəlir:

“Rusiya qoşunlarının son bir il ərzində təxminən 3000 kilometr irəliləməsi Rusiya Federasiyası üçün yüz minlərlə hərbçinin itirilməsi ilə nəticələnib”.

Zelenski Rusiya ordusunun şəxsi heyətinin artıq artmadığını da vurğulayıb:

“Rusiya real nailiyyətlər nümayiş etdirmir. Qoşunların artımı dayanıb. Əgər əvvəllər hər ay 43 minə qədər insan səfərbər olunurdusa, indi ilk dəfə olaraq çağırılanların sayı faktiki olaraq geri qaytarılmaz itkilərə bərabərdir. Kilometrlərə baxsanız, qalib gəlirlər. İnsanlara baxsanız, uduzurlar”.

Zelenski müsahibəsinin sonunda 2026-cı ildə müharibənin dayandırılacağına ümid etdiyini bildirib. O qeyd edib ki, ABŞ-nin sülh prosesinə yaxınlaşması bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirə biləcək şərait yaradıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər