media-inshot_20250808_211350799

Vyetnamda qısqanclıq zəminində dəhşətli hadisə baş verib.

Patrulaz.az Yerli KİV-ə istinadən xəbər verir ki, kişi həyat yoldaşının sevgilisini izləyərək onun evinə kəsici alətlə basqın edib.

Hadisə zamanı gənc kişi evində sakitcə siqaret çəkirdi. Bu zaman qapını qıraraq içəri girən şəxs ona birinci zərbəni endirib. İkinci zərbədən sonra isə onun qolu kəsilib.

Hücum edən şəxs hadisədən sonra zərərçəkəni hədələyərək ərazidən qaçıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.


Bənzər xəbərlər