Oğurluq edən velosipedçi xəstəxanalıq oldu - VİDEO
Braziliyada qadının telefonunu oğurlayan oğrunu sevgilisi maşını ilə vurub.
Patrulaz.az-ın Xarici KİV-ə istinadən xəbərinə görə, Brazilyanın Vila Velha şəhərində dayanacaqda sevgilisini əlində telefonla gözləyən qadın oğrunun hücumuna məruz qalıb.
Görüntülərdə velosipedçi qadının əlindən telefonu alaraq qaçmağa cəhd edir. Lakin qadının sevgilisi maşınla onu vuraraq xəsarət yetirib.
Ayağından xəsarət alan oğru qaçmağa davam edir, lakin ətrafdakılar və qadının sevgilisi onu yaxalayaraq döyməyə başlayıblar.
Hadisə nəticəsində vəziyyəti ağırlaşan oğru xəstəxanaya aparılıb.






