Kıvanç Tatlıtuğ pərəstişkarlarını şoka salan etiraf etdi
Türkiyənin məşhur aktyor və modeli olan Kıvanç Tatlıtuğun illərdir ciddi sağlamlıq problemi ilə mübarizə apardığı məlum olub.
Patrulaz.az “Haberglobal”a istinadla xəbər verir ki, Kvanç Tatlıtuğ uzun müddət yuxu apnesi xəstəliyindən əziyyət çəkirmiş. Bu problem onu gecələr nəfəs almaqda çətinlik çəkməyə və yuxusuzluğa məruz qoyub. Məlumata görə, aktyor bu xəstəliklə illərlə səssiz şəkildə mübarizə aparıb və uzunmüddətli müalicə nəticəsində sağlamlığına qovuşub.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ Türkiyənin ən tanınmış simalarından biridir. O, təkcə aktyor kimi deyil, həm də model olaraq beynəlxalq arenada da uğurlar qazanıb. Məhz bu etiraf onun pərəstişkarlara arasında təəccüblə qarşılanıb.
Gülbəniz Səfərova