“Kızılcık Şerbeti”nin aktrisası barədə istintaq başladılıb
“Kızılcık Şerbeti”nin Nilayı Feyza Civelek barəsində istintaq başladılıb!
Patrulaz.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, aktrisa Feyza Civelek, sosial şəbəkə vasitəsilə bir şəxsi hədələdiyi və təhqir etdiyi iddiası ilə İstanbul Respublika Prokurorluğu tərəfindən ifadə verməyə çağırılıb. Civelek irəli sürülən ittihamları rədd edib.
Feyza Civelek, sosial mediada yazdığı bir şərhlə gündəmə gəlib. İddiaya görə, keçmiş sevgilisi Alican Kurt haqqında edilən paylaşımın altına Mert Wang “Axmaq-axmaq danışma…” yazaraq reaksiya verib. Bu şərhdən sonra, Civelekin Wanga şəxsi mesaj göndərərək, “Səni həyatımda nə görmüşəm, nə tanıyıram… Adımı bir daha çəksə, səni körpüdən asaram” yazdığı irəli sürülüb.
Mert Wang, aldığı mesajlara cavab vermək əvəzinə İstanbul Ədliyyəsinə gedərək rəsmi şəkildə şikayətçi olub. Şikayət ərizəsində, Civelekin yazdığı sözlərin təhqir və təhdid xarakteri daşıdığını, şərəf və ləyaqətini alçaltdığını, həmçinin onu qorxutmaq və susdurmaq məqsədi daşıdığını bildirib.
İstanbul Respublika Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində ifadə verən Feyza Civelek, bütün ittihamları inkar edib:
“Bu şəxsi tanımıram, adını ilk dəfə eşidirəm. O mesajları mən yazmamışam. Heç bir hədələyici davranışım olmayıb.”
Aktrisa, barəsində səsləndirilən iddiaların əsassız və gerçək olmadığını bildirib.
Ləman Sərraf