Köpək balığının hücumuna məruz qalan sörfçü yoxa çıxıb!
Avstraliyada sörfçü köpəkbalığının hücumuna məruz qalaraq itkin düşüb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Perthdəki Uorton çimərliyində sörfinq edən şəxsə köpəkbalığı hücum edib.
Xəbərdarlıqla hadisə yerinə gedən polis, suda köpək balığı dişləməsi izləri olan sörfinq taxtasının tapıldığını, lakin sörfçünü tapmaq mümkün olmadığını açıqlayıb.
Polis dalğıcların itkin sörfçünü tapmaq üçün işləri davam etdirdiyini bildirib.