media-inshot_20260407_101722430

NASA-nın kosmosa göndərdiyi Artemis II missiyası rekord qırıb.

Patrul.az xəbər verir ki, 54 ildən sonra gəmidəki 4 astronavt təxminən 406.765 kilometr məsafə qət edərək bəşər tarixində indiyədək Yer kürəsindən ən uzaq məsafəyə çatıb.

Qeyd edək ki, 1972-ci ildə kosmosa göndərilən Apollo 13 missiyası isə 6602 kilometr məsafə qət etmişdi.

ABŞ Prezidenti Donald Tramp da bu uğura imza atan Artemis II missiyasının 4 astronavtını telefon danışığı ilə təbrik edib.

Komandanın Yer kürəsindən ən uzaq məsafəyə səyahət rekordunu qırdığını xatırladan Tramp bunları deyib:

“Siz bu gün tarix yaratdınız və bütün Amerikanı inanılmaz dərəcədə qürurlandırdınız. Artemis II missiyasında olan astronavtlar, eləcə də missiyanı mümkün edən bütün NASA komandası dünyaya ilham verib”.

Qeyd edək ki, Tramp astronavtları Ağ Evə dəvət edib.

Xatırladaq ki, NASA-nın 1972-ci ildən bəri Ayın ətrafında ilk insanlı missiyası olan Artemis II ABŞ-nin Florida ştatından rəsmi olaraq 1 apreldə kosmosa buraxılıb. NASA astronavtları Reid Wiseman, Victor Glover, Christina Koch və Kanada Kosmik Agentliyinin (CSA) astronavtı Jeremy Hansenin də daxil olduğu tarixi 10 günlük missiya Ay səthinə enməyəcək, əksinə Yer orbitini tərk edərək Ayın əvvəllər görünməmiş hissələrini araşdıracaq.


Bənzər xəbərlər