media-inshot_20260114_164511456

Alimlər kosmosda rekord sürətlə fırlanan nəhəng asteroid kəşf ediblər.

Patrul.az xəbər verir ki, 2025 MN45 asteroidin təxminən səkkiz futbol meydançası ölçüsündə olduğu və öz oxu ətrafında  hər 113 saniyədən bir tam fırlandığı bildirilib.

Alimlərin sözlərinə görə, asteroidin ölçüləri də diqqət çəkir. Belə ki, o 710 metr enindədir. Yəni, Eyfel qülləsindən iki dəfə, Giza Böyük Piramidasından beş dəfə böyükdür.

Qeyd edək ki, asteroidlər Günəşin ətrafında fırlanan böyük qayalı cisimlərdir və ölçüləri bir neçə metrdən minlərlə kilometrə qədər dəyişə bilər, onların çoxu Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağındadır.


Bənzər xəbərlər