media-inshot_20250822_143652511

Krımda Ukraynadan idarə olunan zəng mərkəzlərinin uzaqdan istifadə etdiyi rabitə qovşaqları şəbəkəsi FSB tərəfindən ləğv edilib.

Patrulaz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tatarıstandan olan iki təşkilatçı saxlanılıb. Onlar avadanlıqlara xidmət göstərməklə yanaşı, 15 və 17 yaşlı yeniyetmələri də işə cəlb ediblər.

İstintaqın gedişində üzə çıxıb ki, ukraynalı kuratorlar gənclərə həftəlik 600 dollar ödəyib, Simferopolda isə SİM qutuları yerləşdirmək üçün mənzil kirayələyiblər.

FSB əməkdaşları mənzildən üç 32 portlu SİM qutusu, 11 GSM şlüz, 2 noutbuk, 8 mobil telefon və 800-dən çox SİM kart aşkarlayıb.

Məlumata görə, qrup üzvləri hər gün SİM kartlarını dəyişərək fırıldaq sxemlərini davam etdiriblər.

Telefon fırıldaqçıları telekommunikasiya operatorlarının adından vətəndaşlarla əlaqə saxlayaraq, onları “Qosuslugi” sistemindən istifadə etməyə sövq edib. Daha sonra isə mikrokreditlər və ya “təhlükəsiz hesablar” adı altında klassik fırıldaqçılıq sxemləri tətbiq olunub.


Bənzər xəbərlər