Kürdəxanıda obyektdəki yanğın söndürülüb
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Bu barədə Patrulaz.az-a FHN-dən bildirilib.
Məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000kv.m olan istixana kompleksinin intizibati binası 560kv.m. sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.