media-inshot_20250819_162016511

ABŞ saxta “Lafufu” (Laboub)  oyuncaqlarının təhlükələri barədə xəbərdarlıq edib.

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası uşaqlar arasında populyar olan saxta “Laboubu” oyuncaqlarının ciddi sağlamlıq riski yaratdığını açıqlayıb.

ABŞ qurumu məsələ barəsində xəbərdarlıq edərək bildirib ki, bu oyuncaqla oynayan uşaqlar boğulma təhlükəsi ilə üzləşə bilərlər:

“İnternetdə Pop Mart tərəfindən satılan məşhur oyuncaqların saxta versiyası olan ‘Lafufu’lar asanlıqla parçalanır və boğulma təhlükəsi yarada biləcək kiçik hissələr buraxır”.

Mütəxəssislərin sözlərinə görə, keyfiyyətsiz istehsal olunan bu kuklalar asanlıqla parçalanaraq kiçik hissələrə ayrılır. Bu isə uşaqların həmin hissələri udaraq boğulma təhlükəsi ilə üzləşməsinə səbəb ola bilər.

Komissiya valideynlərə xəbərdarlıq edərək, uşaqların bu cür saxta oyuncaqlardan uzaq tutulmasını tövsiyə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər