Laçında traktor dərəyə aşdı: 1 nəfər öldü
Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az FHN-ə əsasən xəbər verir ki, “XCMG” markalı traktor dərəyə aşıb. Nəticədə 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.






