Las-Veqasda “Tesla” avtomobilləri yandırılıb
ABŞ-ın Las-Veqas şəhərindəki Tesla Toqquşma Mərkəzində avtomobillər “molotov kokteyli” ilə yandırılıb və maşınlara üç dəfə atəş açılıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nevada ştatının Las-Veqas şəhərində İlon Maskın baş direktoru olduğu “Tesla”nın toqquşma mərkəzindəki avtomobillərə “molotof kokteyli” və silahla hücum edilib. Las-Veqas Böyükşəhər Polis İdarəsindən (LVMPD) verilən açıqlamada, mərkəzdə olan avtomobillərin yandığı, hadisə şahidlərinin isə qara paltarlı bir şübhəlinin avtomobilləri yandırdığı barədə məlumat alındığı bildirilib.
Yanğınsöndürmə briqadası yanğına müdaxilə edərkən ən azı 5 “Tesla”nın zədələndiyi, 2-nin isə tamamilə yandığı bildirilib. Şübhəlinin hücumda “molotof kokteyli” və odlu silahdan istifadə etdiyi, avtomobillərə isə ən azı 3 atəş açıldığı bildirilib. Hücumun səbəbi məlum olmasa da, hadisə ilə bağlı istintaq başladılıb.