Leonardo da Vinçinin 500 illik sirri açıldı
Beş əsr əvvəl Leonardo da Vinçinin çəkdiyi, lakin funksiyası sirr olaraq qalan ürək rəsmlərinin izahı nəhayət tapılıb.
Patrulaz.az xəbər verir ki, Nature jurnalında dərc olunan beynəlxalq tədqiqatda elm adamları trabekula adlanan, ürəyin daxili səthindəki mürəkkəb budaqlanan əzələ strukturlarının funksiyasını araşdırıblar. 18 mindən çox insanın ürək görüntüləri və genetik məlumatları əsasında aparılan fraktal analiz bu quruluşların ürək fəaliyyəti və xəstəlik riski ilə birbaşa əlaqəli olduğunu ortaya qoyub.
Tədqiqatçılar bildirirlər ki, “trabekulyar morfologiya, yəni bu budaqlanmış quruluşun forması – insanın ürək fəaliyyətində əsas rol oynayır və bəzi formalar daha yüksək ürək-damar riski ilə əlaqələndirilir”.
Qeyd edək ki, Leonardo da Vinçi bu strukturları ilk dəfə XVI əsrdə müşahidə etmiş və onları “qanı isti saxlamaq üçün şəbəkə” kimi təsvir etmişdi.
Alimlər bu gün həmin təsvirin elmi əsaslarını fraktal nəzəriyyə və biomühəndisliklə sübut edərək Da Vinçinin uzaqgörənliyinə bir daha işıq salıblar.






