Liderlərin önündə əl sıxışdılar - Vaşinqtonda TARİXİ AN
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak etmək məqsədilə ABŞ-yə səfər edib.
Patrul.az xəbər verir ki, dövlət başçısı Sülh Şurasındakı iştirakı zamanı bir sıra liderlərlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə də görüşüb.
Görüşdən sonra hər iki lider digər Sülh Şurasına üzv ölkələrin rəhbərlərinin önündə, o cümlədən Donald Trampın çıxışı zamanı əl sıxışıblar. Bununla da hər iki lider sülhə sadiq olduqlarını nümayiş etdiriblər.
Həmin tarixi an isə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.






