Litva Rusiyanın təhdidlərinə qarşı 8 yaşlı uşaqlara belə dron təlimləri keçəcək
Litva hökuməti vətəndaşlarını Rusiya təhdidlərinə qarşı hazırlamaq məqsədilə genişmiqyaslı dron təlimi proqramına start verib.
Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, proqrama səkkiz yaşdan etibarən uşaqlar da daxil olmaqla 22 min nəfər cəlb olunacaq.
Təlim müxtəlif yaş qruplarına uyğunlaşdırılıb. Səkkizdən 10 yaşa qədər olan üçüncü və dördüncü sinif şagirdləri sadə dronların yaradılması və sınaqdan keçirilməsini öyrənəcəklər. Orta məktəb şagirdləri isə dron hissələrini dizayn edib istehsal etməyi, həmçinin qabaqcıl dronların qurulması və uçurulması prinsiplərini mənimsəyəcəklər.
Qeyd edək ki, Litva qonşu ölkələri – Estoniya və Latviya kimi, Vladimir Putinin Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri yüksək döyüş hazırlığındadır.
Gülbəniz Səfərova






