Livanda bir gündə 254 nəfər öldü, milli matəm elan olundu
Livanda milli matəm günü elan edilib.
Patrul.az xəbər verir ki, buna səbəb İsrail tərəfindən Livan ərazisinə endirilən zərbələr nəticəsində bir gün ərzində 254 nəfərin həlak olmasıdır.
Məlumata görə, günortadan sonra İsrail ordusu əvvəlcədən xəbərdarlıq etmədən paytaxt Beyrut və ölkənin şərq və cənub bölgələrinə eyni vaxtda təxminən 100 hava zərbəsi endirib. Axşam saatlarında isə Beyrutun Tel Hayyat rayonu yenidən hava hücumlarına məruz qalıb.
Livan Baş Nazirinin Ofisi tərəfindən yayılan açıqlamada bildirilib ki, 2026-cı il aprelin 9-u cümə axşamı İsrailin hücumları nəticəsində hədəfə alınan, yaralanan və həyatını itirən yüzlərlə mülki şəxsə görə ölkədə milli matəm günü elan olunub.
Bəyanata əsasən, bu gün ərzində hökumət binaları, dövlət qurumları və bələdiyyələr fəaliyyətini dayandıracaq, dövlət bayraqları yarıya endiriləcək və televiziya yayımları qanunvericiliyə uyğun şəkildə tənzimlənəcək.
Qeyd edək ki, hücumlar İsrail, ABŞ, İran və Livan da daxil olduğu atəşkəs razılaşmasından sonra baş verib.






