media-inshot_20250730_215527879

Londonda radar sistemində yaranan texniki nasazlıq səbəbindən şəhərin hava məkanında təhlükəsizlik məqsədilə bütün uçuşlar dayandırılıb.

Patrulaz.az Yerli KİV-ə istinadla xəbər verir ki, radar sistemində baş verən texniki nasazlıq Londonun Nəzarət Edilən Hava Məkanının (CTA) fəaliyyətinə birbaşa təsir göstərib.

Səlahiyyətli qurumlar yaranmış problemin uçuş təhlükəsizliyini risk altına aldığını əsas gətirərək bütün uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.

Hazırda problemin səbəbləri araşdırılır, texniki xidmət və təhlükəsizlik komandaları hadisəyə müdaxilə edir.


Bənzər xəbərlər